• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Füzuliyə uçan ilk Azərbaycan təyyarələri-VİDEO

Bakıdan Füzuliyə uçan ilk Azərbaycan təyyarələri-VİDEO
05.09.2021 17:23
İşğaldan azad edilmiş Füzulidə  yeni  tikilən beynəlxalq hava aeroportuna Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki təyyarə uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir, bu barədə Anews.az-ın Füzuliyə ezamiyyə olunmuş müxbiri məlumat verir.   

Yeni aeroport bir saata 250-300 sərnişin qəbul etmək imkanına malik olacaq. Hava limanının eniş zolağının uzunluğu 3 min metr,  eni 60 metr olacaq. Hava limanının perronunun sahəsi isə 60 min kvadrat metr təşkil edəcək. Təyyarə dayanacağı 8 hava gəmisi üçün nəzərdə tutulub. 

Eniş zolağının tikintisi Azvirt MMC tərəfindən inşa olunub. Hava limanının tikntisində toplam 350 nəfər iştirak edib. 

Hava limanı uçuş kütləsi 400 ton olan təyyarələri qəbul edə biləcək. Airbus-380 və Boeing-487  təyyarələdən başqa  bütün sərnişin təyyarələrı bu hava limanına enə biləcək. Hava limanı həmçinin müasir və beynəlxalq standartlara cavab verən naviqasiya sistemi ilə təchiz edilib. 
 
Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb və bu ilin sonuna kimi tam həcmdə işə salınacaq. 
 
Hava limanının tikintisi üçün 250 hektar ərazi  minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib. 

Ətraflı videoreportajda:
Hazırladı: Samirə Əli
 
6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış.
 
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol