• $
  • €
  • ₽
  • ₺
  • £

“Həmsədrlər bölgəyə səfər zamanı niyə məcburi köçkünlərlə görüşmürlər?”

“Həmsədrlər bölgəyə səfər zamanı niyə məcburi köçkünlərlə görüşmürlər?”
19.05.2014 19:39
“ATƏT-in Minski qrupunun həmsədrləri tez-tez qarşılıqlı etimadın zəruriliyindən danışırlar. Belə olan halda niyə bölgəyə səfər zamanı Azərbaycanda məcburi köçkünlərlə görüşmürlər?” APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, işğal olunmuş ərazilərə məcburi köçkünlər qayıdacaqlar, ona görə də qarşılıqlı etimad məhz onlarla bağlı olmalıdır: “Həmsədrlər yalnız bir dəfə - 2001-ci ildə Ağdamdan olan məcburi köçkünlərlə görüşüblər. Ondan sonra bu yöndə hər hansı görüş olmayıb və bu, bir çox sual doğurur”. Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə səfərlərindən hər hansı nəticə gözləmədiyini deyib: “2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyalarının bölgəyə səfərləri olub və onlar yalnız işğal olunan ərazilərə ermənilərin köçməsi faktını qeydə almaqla kifayətləniblər: ”İndi də yəqin ki, gəlib həmin ərazilərdə Suriyadan ermənilərin köçürüldüyünü görəcəklər. Ancaq bu nəyi dəyişəcək? Mənasız səfərlərdən insan bezməlidir. Onlar bezmirlərmi? Həmsədrlər nəhayət ki, münaqişənin həlli istiqamətində qərar verməlidirlər”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol