• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyevdən Zəngəzur dəhlizinin açılması ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Zəngəzur dəhlizinin açılması ilə bağlı AÇIQLAMA
06.09.2021 17:07
"Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”.

Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global”a müsahibısində bildirib.

O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: "Amma cənab Prezidentin dediyi kimi Azərbaycan dövlətinin istəyi ən tez zamanda məcburi köçkünlərimizin öz torpaqlarına şərəfli və güvənli şəkildə qayıtması təmin olunmasıdır. Cənab Prezident söyləmişdi ki, biz zamana qarşı işləyirik, amma inşallah bizim xalqımızın, dövlətimizin niyyətidir ki, məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtsınlar”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağı bacarmağına ehtiyac var:

"Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşnümürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsiini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.

"Zəngəzur dəhlizinin açılması məsələsində üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın bir tərkib hissəsidir. Ona görə bu məsələdə də Ermənistanın bir öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması baxımından hər kəs üçün yaxşı fürsət olacaq. Amma təəssüf ki, bu məsələ ilə bağlı Ermənistanda qeyri-rasional, məntiqsiz fikirlər görürük”, - H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi bildirib ki, 30 illik münaqişə müddətində Ermənistan tərəfi nümayişkaranə şəkildə Azərbaycanın mədəni və islam irsi işğal altındakı torpaqlarda məhv edirdi:

"Dəfələrlə UNESCO-ya müraciət etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edilib. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsisdir. UNESCO tərəfindən regiona gəlməklə bağlı müəyyən hazırlıq ifadə olunmuşdu. Biz onları qəbul etməyə hazırıq. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə əlaqədar Konvensiya əsas olmalı, onlara mandat verməlidir. Bunun əsasında da bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, onlara dəymiş ziyanın qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol