• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığını genişləndirə bilər

Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığını genişləndirə bilər
07.09.2021 18:00
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.

Anews.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İİB, eləcə də bu qrupa daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. E.Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və "yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

M.S.Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq imkanları, Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası, həmçinin dayanıqlı inkişafı istiqamətində Fondun imkanlarından istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, Bankın əhatə etdiyi ölkələr üzrə potensial sərmayədarlara Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı məqsədilə tədbirlərin təşkili və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol