• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransına qatılıb

Sahibə Qafarova  Parlament Sədrlərinin V Ümumdünya Konfransına qatılıb
08.09.2021 11:10
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda çıxış edib, bu barədə Milli Məclisin mətbuat xidməti 
 
Modern.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu qeyd edən spiker S.Qafarova ölkəmizin pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
 
Milli Məclisin sədri qeyd edib ki, COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsini təklif edib. Həmin təşəbbüsü BMT-yə üzv 150-dən çox dövlət dəstəklənib və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilib.
 
S.Qafarova Azərbaycanın pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini nəzərə çatdırıb.
 
O xatırladıb ki, COVİD-19 pandemiyası qlobal təchizat zəncirinə misli görünməmiş təsir göstərib. Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsi, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə qarşılıqlı əlaqələrin təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və COVİD-19 sonrası bərpa səylərində dövlətlərə kömək edəcək. Spiker Azərbaycanın trans-regional nəqliyyat layihələrinin bu məqsədlərə öz töhfəsini verəcəyini deyib.
 
Azərbaycanın post-pandemiya dövrü üçün qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi də həmin təkliflər sırasında yer alır. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19 pandemiyasından sonra qlobal bərpaya dair BMT-nin Yüksək səviyyəli panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəuyğun hesab edir. Bu panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol