• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA işğaldan azad olunmuş ərazilərdə yeni növ mina aşkarlayıb

ANAMA işğaldan azad olunmuş ərazilərdə yeni növ mina aşkarlayıb
10.09.2021 14:30
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçiləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində kustar (əldə düzəlmə) üsulla hazırlanan partlayıcılar aşkar ediblər. Bu sözləri ANAMA rəsmisi İdris İsmayılov anews.az-a bildirib.

" Kustar üsulla hazırlanan partlayıcılara öz qurbanları tərəfindən işə salınan minalar, məsafədən idarə edilən (radio, telefon, ip, sim, və s.) və vaxtla işə düşən minalar aiddir. Əldəqayırma partlayıcı qurğular əl altında olan müxtəlif vasitələrdən, məişət əşyalarından və hərbi sursatlardan da kombinə edilərək düzəldilir. Onlar minalar kimi gizli yerləşdirilə və ya əksinə maraqlı bir əşya qismində də düzəldilə bilər ki, ona toxunulsun”, - deyə ANAMA rəsmisi bildirib. 

Minatəmizləmə prosesinə hava şəraitinin nə dərəcədə təsir göstərməsinə gəlincə isə İdris İsmayılov deyir ki, yağışlı və qarlı havada təmizləmə işlərinin aparılması mürəkkəbləşir, yaz və yay aylarında isə günəş və hündür ot örtüyü olur.
 
"Minaaxtaran əməkdaşlarımızın geyiminin çəkisi təxminən 4-5 kiloqramdır və insanlar yay vaxtı adi hallarda kölgəli yer axtararkən, minaaxtaranlar tam zirehli geyimdə saatlarla günün altında işləyirlər. Onlarla birgə qızmar günəş altında dörd-ayaqlı minaaxtaranlar, yəni itlər sahələri qarış -qarış yoxlayır”,-deyə qurumun rəsmisi əlavə edib.

ANAMA rəsmisinin sözlərinə görə, qarşı tərəf yaradıcı üsullarla müxtəlif planlar hazırlayır: "Ermənilər adi vedrəyə partlayıcı yığıb yollara basdırıblar, hərbi sursatları tələ halına gətiriblər, adi metal boruların içinə partlayıcı dolduraraq və içinə dəmir qırıntıları əlavə edərək istiqamətlə atəş açan silahlar düzəldiblər. 152 mm artilleriya mərmilərini yerin altından göyə sıçrayıb və insan hündürlüyündə partlama halına gətiriblər. Cəbhə xətti boyunca iri çaplı mərmilərə naqillər çəkərək onları məsafədən partlatmaq istəyiblər, tank əleyhinə minalarının üzərinə odun parçaları qoyublar ki, minaaxtaranlar minanı tapa bilməsin lakin texnika keçəndə partlasın. Tikililərə mərmilərdən düzəlmə tələlər quraşdırıblar”, - deyə sözçü vurğulayıb.
 
2020-ci ilin noyabrından bu ilin avqustunadək işğaldan azad edilmiş 4 575 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 9406 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina olmaqla ümumilikdə 13 498 mina təmizlənib. Bundan başqa, 10529 partlamamış hərbi sursatlar da ərazilərdən təmizlənib.
 
 
Samirə Əli 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol