• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı vəzifədən azad olunub

Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı vəzifədən azad olunub
10.09.2021 16:03
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib.

Bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.

Partiyanın vəzifədən azad olunan rayon təşkilatlarının sədrləri aşağıdakılardır:

Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva vəzifəsindən azad ediliblər.

Bundan əlavə, iclasda Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu ilin aprel ayında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayıldıqdan sonra o, vəzifəsindən azad edilib. H.Mirələmov eyni zamanda YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, İdarə Heyətinin qərarına əsasən, Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu və Pirallahı rayon təşkilatının sədrliyinə isə Abasov Emil Tofiq oğlu təsdiqlənib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol