• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı ermənilərin Laçındakı aksiyasına reaksiya verdi

Rəsmi Bakı ermənilərin Laçındakı aksiyasına reaksiya verdi
19.05.2014 13:08
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik işğal altında olan Laçın səfəri zamanı ermənilərin təziqi ilə üzləşib. Ermənilər Ceyms Uorlikdən tələb ediblər ki, yenilənmiş Madrid Prinsiplərinə daxil olan qaçqınların öz yurd-yuvasına qayıtması ilə bağlı müddəa sənəddən çıxarılsın. Ceyms Uorlikin Laçında ermənilərin təziqinə məruz qalmasına Azərbaycan XİN-dən də münasibət bildirilib. XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında erməni tərəfinin dəfələrlə müxtəlif təxribatlara əl atdıqlarını söyləyib. O, qeyd edib ki, erməni tərəfi münaqişənin həll edilməsinin yubadılması və status-kvonun möhkəmləndirilməsi istiqamətində müxtəlif addımlar atmağa cəhd ediblər: “Beynəlxalq ictimayyət münqişənin həllinə mane olan tərəfin kim olduğunu daha yaxından görməlidir. Biz daimi olaraq Ermənistanın sülhə məcbur edilməsi ilə bağlı beynəlxalq ictimayyət qarşında məsələ qaldırırıq. Ermənistan sülhə məcbur edilməyənə qədər öz qeyri konstruktiv mövqeyində duracaq. Ermənilər özlərini məzlum göstərməyə çalışırlar. Əslində məzlum olan şəxslər öz tarixi torpaqlarından qovulan insanlardır. İnsanların öz ata-baba yurdlarına qayıtmaq haqqları var”.Qeyd edək ki, bir neçə gün öncə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik işğal altında olan Laçın rayonuna səfər edib. Laçında ermənilər Uorlikə azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyünü bildirərək etiraz ediblər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol