MN: Azərbaycan və Türkiyə sualtı müdafiə qruplarının təlimləri bitib

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.
Müdafiə Nazirliyindən bildirilir ki, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun sözlərinə görə təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən peşakarlıqla yerinə yetirilib.
Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























