• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qarabağa turist daşıyırlar

Ermənilər Qarabağa turist daşıyırlar
19.05.2014 11:52
Azərbaycanın işğal altındakı ərazilərində separatçı rejim mütəmadi olaraq qanunsuz uçuşlar həyata keçirir. Modern.az saytı xəbər verir ki, Xocalı aeroportunda kommersiya məqsədilə aztutumlu 2 “CH-701” markalı təkmotorlu təyyarələrdən istifadə olunur.2012-ci ilin avqustunda kiçik aviasiyanın inkişafı məqsədilə “Dağlıq Qarabağ hökuməti” Xocalı aeroportuna 2 belə təyyarə ayırıb. Göyərtəsində 4 sərnişin daşıya bilən bu hava gəmiləri Xankəndi, Şuşa və Ağdərə üzərindən uçuşlar həyata keçirir. Bu uçuşlar xarici və yerli turistlər üçün nəzərdə tutulur.Yerli separatçılar təhlükəsizlik məqsədilə uçuşları cəbhə xəttindən bir neçə kilometr uzaqlıqda həyata keçirirlər. Təyyarələrin idarə olunması üçün Xankəndində aviasiya kurslarını bitirən pilotlardan istifadə olunur. Separatçı rejimin “Dağlıq Qarabağ Mülki Aviasiya İdarəsi” yaxın zamanlarda yeni aztutumlu təyyarələrin alınacağını bildirib.Xatırladaq ki, amerikalı aviamühəndis Kris Haynts tərəfindən yaradlılan “CH-701” təyyarələri saatda 120 kilometr sürətlə 500 kilometrə qədər məsafəyə uçuş həyata keçirə bilər. Dünyada 500-dən artıq nümunəsi olan “CH-701” təyyarəsi beynəlxalq bazarda 60 min dollar qiymətindədir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol