Müdafiə Nazirliyindən Qarabağda UAZ oğurluğu iddiası ilə bağlı AÇIQLAMA

"Qarabağa getdim. Geri dönərkən tarlaları gəzməyə qərar verdim. Azmışam və maşınla (100-200 metr) Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə daxil oldum. Yalnış olduğunu anladım və sülhməramlıların nəzarətində olan əraziyə qayıtmağa çalışdım, amma yanacaq bitdi. Maşını tərk edərək yanacaq almağa getdim. Qayıdanda gördüm ki, maşın yoxdur". Bu barədə Tex icmasının rəhbəri Nerses Şadunts Ermənistan mətbuatında yayıb.
3 gün öncə Gorus rayonunun Tex kəndi sakini sülhməramlıların nəzarətində olan ərazidən qayıdarkən, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə daxil olub. O, maşının yanacağını bitdiyini görərək, yanacaq almağa gedib. Qayıtdıqda isə UAZ markalı avtomobilinin Azərbaycan hərbçiləri tərəfindən götürüldüyünü gördüyünü deyib.
Hadisə ilə bağlı həm Rusiya sərhədçilərinə, həm də sülhməramlılarına məlumat verildiyi vurğulanıb.
Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























