Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

Kölndəki Azərbaycan Evində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən anews.az-a verilən məlumata görə, xaricdə yaşayan azərbaycanlı uşaqlara doğma dilimizin və tariximizin tədrisi prosesinə Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Evi də qoşulub.
Azərbaycan dilinin unudulmaması, ədəbiyyatımızın və tariximizin tədrisi məqsədi ilə təşkil edilən kurslarda Köln şəhərində və ətrafında yaşayan həmvətənlərimizin övladları iştirak edirlər. Kurs iştirakçılarına bu fənləri Bakı Dövlət Universitetinin məzunu Mehman Kərimov tədris edir. Dərslər hər həftənin şənbə günü saat 13:00-da keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























