Azərbaycan polisi erməni nömrəli maşını saxlamır - Erməni qubernator

Zəngəzur vilayətinin qubernatoru Melikset Poqosyan Gorus-Qafan yolu barədə danışıb.
"Hər şeydən çox mən özüm haqda düşünürəm. Çünki hər gün bu yolla gedəndə qarşımda silahlı türkləri (Azərbaycan polisi nəzərdə tutulur) görürəm. Üç nəsil vuruşan mənim üçün türkü görməkdən pis heç nə yoxdur. Mənim təzyiqim qalxır, halım hamıdan pisdir".
Anews.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Zəngəzur vilayətinin qubernatoru Melikset Poqosyan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis postu qurulması haqqında deyib.
Poqosyan bildirib ki, azərbaycanlılar onun maşınını saxlamır:
"Azərbaycan polisi erməni nömrə nişanlı bir maşını da saxlamır. Onlar yalnız İran maşınlarını saxlayır və onların sənədlərini yoxlayır. Səbəbini bilmirəm".
12 sentyabr 12:00-dan etibarən, Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində qurduğu polis postunda İran maşınlarını yoxlamağa başlayıb.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























