• $
  • €
  • ₽
  • ₺
  • £

İran tırları niyə Gorus-Qafan yolundan keçə bilmir?-VİDEO+RƏSMİ AÇIQLAMA

İran tırları niyə Gorus-Qafan yolundan keçə bilmir?-VİDEO+RƏSMİ AÇIQLAMA
14.09.2021 17:02
İrandan Ermənistana yük və neft məhsulları daşıyan tırlar Gorus-Qafan yolunda ilişib qalıb. 
 
Tır sürücülərindən biri Azadlıq radiosunun Ermənistan bürosuna məsələ ilə bağlı müsahibə verib:

"Ermənistana girdiyimiz zaman gömrükdə 185 min dram Ermənistan pulu ödəmişik. İndi isə Azərbaycan da pul tələb edir. Neft məhsullarını Ermənistana gətirmişik, amma Azərbaycan bizdən pul istəyir. Bu tankerdir, təhlükəlidir. Beş gündür yolda ilişib qalmışıq. Nə yemək yeyə bilirik, nə də dincələ bilirik. Bütün şoferlər bu yolda əsir qalıb".
 
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən bildirilib ki, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna  cəlb edilir:
 
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur",-deyə qurumun sözçüsü əlavə edib.
 
İkinci Qarabağ müharibəsindən sonra Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarəti altına keçib.

Samirə Əli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol