Xankəndinə girən iki iranlı HƏBS EDİLDİ - YENİLƏNİB

Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsü Azərbaycan polisi tərəfindən həbs edilib.
Məsələ ilə bağlı açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".
*****
Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü həbs edib.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Azərbaycan polisi Xankəndinə və İrəvana sement daşıyan iki iranlı sürücünü həbs ediblər.
Şəfiqə Sultanzadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























