• $
  • €
  • ₽
  • ₺
  • £

İdarəetmə Sistemləri İnstitutunda üçtərəfli görüş keçirildi

İdarəetmə Sistemləri İnstitutunda üçtərəfli görüş keçirildi
17.09.2021 23:00
AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə üçtərəfli görüş keçirilib. Görüşdə institutun və Elmin İnkişafı Fondunun rəhbərliyi və ISESCO-nun nümayəndələri iştirak ediblər.


Anews.az  xəbər verir ki,  iclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqlara institutun Azərbaycan elminin inkişafında oynadığı mühüm roldan bəhs edərək yaranma tarixi, aparılan tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq və s. barədə ətraflı məlumat verib.


Ə.Abbasov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elmin inkişafına, gənc kadr potensialının artırılmasına, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm töhfələr verdiyini qeyd edərək İslam ölkələri ilə əməkdaşlığın önəmini vurğulayıb.


Sonra ISESCO-nun Elm və Texnologiyalar üzrə müşaviri Dr. Məhəmməd Şərif ISESCO-nun elm və təhsil sahəsində aparılan siyasətin istiqamətlərini, birgə əməkdaşlıq proqramları, elm və texnologiya sahəsində treninqlər, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələri ilə müştərək layihələr, müasir təhsil imkanlarından yararlanmaq üçün təqaüd proqramları və İSİ ilə gələcək əməkdaşlıq imkanları haqqında danışıb, institutda qonaq olmaqdan məmnunluğunu bildirərək texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.


Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova Fondun fəaliyyətinin əsas istiqamətləri, qrant layihələri, həmçinin xarici ölkələrin elm və təhsil müəssisələrinin iştirak etdiyi layihələr və əldə olunan nəticələr barədə məlumat verib. Sonra icraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsi üçün ISESCO ilə müvafiq əməkdaşlıq sazişinin müzakirə olunmasını təklif edib.


Sonra professor Elçin Əliyev müəssisə ilə əməkdaşlıq çərçivəsində SİNAM şirkəti tərəfindən hazırlanmış və xüsusilə ilk yerli istehsal olan onlayn video-konfrans "MEETADORE”, elektron sənəd dövriyyəsi və təhsilin idarə olunma sistemlərinin ISESCO-ya üzv ölkələrdə tətbiqi məsələlərindən danışıb və müvafiq təkliflər verib.


Sonda akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu, ISESCO, Elmin İnkişafı Fondu və "SİNAM” şirkəti tərəfindən birgə maliyyələşdirilə bilən elmi-tədqiqat layihələrinin hazırlanmasını, tələb olunan uyğun institut və müəssisələrdə müzakirə olunmasını və müvafiq qərarların qəbul edilməsini təklif edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol