Aİ-nin xüsusi nümayəndəsi: "30 illik işğal Ağdamda dərin izlər buraxıb"

"Avropa İttifaqı müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır".
Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna səfəri zamanı bildirib.
"30 illik işğal dərin izlər buraxıb. Müharibənin dəhşətli bir şey olduğunu yadda saxlamaq lazımdır. Bununla belə, gələcəyə baxmaq lazımdır. Aİ bunun bir nümunəsidir”, - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.
O, Avropa ölkələrinin tarix boyu münaqişə və müharibələrlə üzləşməsinə rəğmən bütün fikir ayrılıqlarını arxada qoymağı bacardıqlarını xatırladıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























