• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı

Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
21.09.2021 11:44
2021-ci ilin ilk 6 ayı ərzində işğaldan azad edilmiş rayonlar içərisində tikinti işlərinə ən çox vəsait Füzuli rayonunda xərclənilib. Bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bildirilir.
 
Füzulinin tikinti-quruculuq işlərinə 75 milyona yaxın (74.9 milyon manat) vəsait xərclənib. Bu işlərə Füzulidə inşa edilən Füzuli Beynəlxalq Hava Limanı da şamil edilir.
 
Azərbaycanın Hava Yollarının (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənskinin anews.az-a verdiyi açıqlamasına görə, hazırda Füzulidəki beynəlxalq hava limanında bir sıra işlər yerinə yetirilib.
 
Məlumata görə, istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr ölçüdə uçuş-enmə zolağı istismara verilib.
 
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində  Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
 
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli Beynəlxalq Hava Limanında uçuşların aeronaviqasiya təminatı üçün müasir radiotexniki avadanlıqlarının, uçuşların təmin edilməsi üçün instrumental enmə sistemlərinin çatdırılması və tətbiqi həyata keçirilib. Radiotexniki sistemlərinin məlumatları üzrə dövrəvi uçuşbaş tutub.Aeronaviqasiya sisteminin və azad edilmiş ərazilər üzərində uçuşların tam nəzarətini təmin etmək üçün yeni beynəlxalq hava marşrutları tətbiq edilir”,-deyə qurumun rəsmisi əlavə edib.
 
Bildirilib ki, 60 min kvadrat metr sahəsi olan perron tikilib. Gələcək aerovağzal kompleksini elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyasının (10 kVt) tikintisi və elektrik xətlərinin çəkilməsi yekunlaşıb. Sərnişin terminalı qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq artıq hazırdır. Fasiləsiz su təminatı məqsədilə artezian quyusunun qazılması, həmçinin su rezervuarlarının tikintisi üzrə işlər bitib. Bundan əlavə, qazanxana və köməkçi binaların tikintisi də başa çatıb.
 
P.Kəsəmənski deyib ki, hava limanında baqaj konveyerlərinin, qeydiyyat sisteminin işə salınması nəzərə alınmaqla, sentyabrın sonuna qədər sərnişin terminalının istismara verilməsi ilə bağlı işlərin yekunlaşdırılması planlaşdırılır. Hazırda isə Füzulidə beynəlxalq hava limanına giriş üçün yolun tikintisi, həmçinin hava limanı ərazisində yaşıllaşdırma işləri aparılır.
 
Füzuli Beynəlxalq Hava Limanı Qafqazda dağıdıcılıq deyil,quruculuq gücünə malik ola bilər. Bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri müavini, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoy anews.az-a verdiyi müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Füzuli hava limanı Azərbaycanda, eləcə də Qafqaz regionunda istər hərbi, istər siyasi, istərsə də iqtisadi nöqteyi nəzərdən vacib rol oynayır:

"Ermənilərlə 30 illik müharibə göstərdi ki, Qarabağ regionunda ciddi hərbi təhlükə var.. Hərbi təhlükəsizliyinin təmin edilməsi istiqamətində müxtəlif addımlar atılmalıdır.  Buna hərbi hissələrinin qurulması, hərbi qoşunların yerləşdirilməsi addımları ilə yanaşı müharibə dövründə ehtiyac olduğu təqdirdə  ordunun,texnikaların sürətli daşınma-çatdırılma prosesi də aiddir. Özəlliklə, modern müharibə dövründən bu məsələlərdə hava nəqliyyatı və hava limanı çox stratejik əhəmiyyətə malikdir.
 
Digər tərəfdən nəzərə alsaq ki, Azərbaycan, xüsusən, şimalla cənub və şərqlə qərb dəhlizinin ortasındadır. Çinin "bir kəmər, bir yol” layihəsi baxımından Azərbaycan da kritik alternativlərdən biridir. Gələcəkdə Qarabağdakı beynəlxalq hava limanlarının yükdaşıma hissəsi əhəmiyyətli olacaq. Orada müxtəlif tranzit keçidlərinin rolu ola bilər.
 
Füzuli Azərbaycanın ikinci böyük ərazisidir ki,  qonşu İranla həmsərhəd regionda yerləşir. Sözsüz ki, gələcəkdə başda İran olmaqla, mərkəzi münasibətlərin təmin edilməsi baxımından Füzulinin stratejik əhəmiyyəti artacaq”,-deyə siyasi şərhçi bildirib.
 
Cəfərsoy düşünür ki, Füzuli Beynəlxalq Hava Limanının açılması istər ermənilərin, istərsə də Rusiya sülhməramlılarının "Xocalı hava limanını açaq” bəhanəsini yoxa çıxaracaq:

"Sülhməramlılar Qarabağa rahat gedib-gəlmə imkanına sahib olacaq. Bununla da "Xankəndidə, Xocalıda hava limanı açaq” kimi bəhanələrə ehtiyac qalmayacaq. Bu, ermənilərə də şamil edilir. Ermənilər hava limanından istifadə etmək istəsə, Azərbaycanın şərtləri altında  Füzuli hava limanından istifadə edə biilərlər. Bu da Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası baxımımdan önəmlidir. Həm də Füzuli hava limanını təkcə Füzuli ilə deyil, Şuşa ilə birlikdə düşünmək lazımdır. Füzuli aeroportu və Füzuli-Şuşa xəttinin gücləndirilməsi Qarabağda Azərbaycanın siyasi mövqeyini gücləndirəcək. Bu da Qarabağ ermənilərinə siyasi tərəfdən maraq doğuracaq potensialı yaradır”, - deyə Cəfərsoy əlavə edib.
 
Füzuli Beynəlxalq Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb. Aeroportun binasının tikintisi zamanı Avropa və ABŞ istehsalı olan materiallardan istifadə edilib. 

Hava limanının eniş zolağının tikintisi "Azvirt MMC”, binanın içinin təmiri, tamamlandırma işləri "AED”, fasat ( bəzək) işləri "FF Group”, işıqlandırma, kanalizasiya, təchizat "Deskyapı2, damın montajı "Konikürə”, qüllənin tikintisi təmiri "Proqress” şirkəti tərəfindən həyata keçirilib.
 
Bu, Şuşaya hazırda ən yaxın hava limanı olacaq. Yeni yol tikintisi bitəndən sonra Füzulidən həmin yolla Şuşaya 1 saata getmək mümkün olacaq. Füzulidən Şuşaya yeni yolla məsafə 80 kilometr təşkil edəcək.

Hava limanının tikintisi üçün 250 hektar ərazi  minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib. 
 
Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna kimi tam həcmdə işə salınacaq.
 
Sözügedən hava limanından başqa işğaldan azad edilmiş Zəngilan və Laçında da hava limanlarının tikinti işləri davam edir. Dövlət Statistikasının 2021-ci ilin ilk 6 ayı üçün məlumatına baxsaq, Zəngilanın ümumi tikinti-quruculuq işlərinə 69.6 milyon manat, Laçına isə 18.5 milyon manat vəsait xərclənib.
 
Samirə Əli

 6.3.7. İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol