• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir
21.09.2021 10:38
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir. Bu barədə ASAN-dan məlumat verilib.

Səfər çərçivəsində Mərakeş Krallığının İqtisadiyyat, Maliyyə və İnzibati İslahatlar Nazirliyinin İnzibati islahatlar üzrə Dövlət katibi Ahmed Lamumri ilə görüş keçirilib. Görüş zamanı 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə Mərakeş Krallığının sözügedən qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər və planlaşdırılan layihələr barəsində müzakirələr aparılıb. Müqavilənin icrası çərçivəsində üçillik "Fəaliyyət Planı”nın imzalanması ilə əlaqədar razılıq əldə olunub. Eyni zamanda "ASAN xidmət”  konsepsiyasının Mərakeşdə tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə əlaqədar danışıqlar aparılıb.


A.Lamumri "ASAN xidmət”  konsepsiyasının unikal bir model olduğunu qeyd edib və 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində "ASAN xidmət”ə  ziyarətini məmnunluqla xatırladığını bildirib. 


Həmçinin Mərakeş tərəfi "Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiyasiya”nın Nizamnamə layihəsinin imzalanması ilə əlaqədar hazırda dövlətdaxili prosedurların davam etdiyini qeyd edib.


Bundan əlavə Mərakeş Krallığının Turizm, Hava Nəqliyyatı, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin Sənətkarlıq üzrə Katibliyinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı "ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar geniş təqdimat edilib. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qeyd olunan istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar razılıq əldə olunub.

Səfər çərçivəsində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) Rabatda yerləşən mənzil qərargahında Təşkilatın nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı "ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin elektron hökumət və sosial innovasiyalar sahəsində həyata keçirdiyi layihələr barədə geniş təqdimat edilib. Təqdimat zamanı UCLG Afrika təşkilatının regional bölmələrinin rəhbərləri də iştirak ediblər. 

Həmçinin 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə UCLG Afrika təşkilatı arasında ilə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində "Fəaliyyət Planı”nın imzalanması, eləcə də Afrika qitəsində yerli idarəetmə və dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil olunan ən böyük tədbir hesab edilən Afrika Şəhərlərinin növbəti Sammitində ("Africities”) Dövlət Agentliyi tərəfindən panel iclasınınn keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Səfər proqramı çərçivəsində İslam İnkişaf Bankının Rabat şəhərində yerləşən Regional Mərkəzinin nümayəndələri ilə görüş keçirilib və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə geniş təqdimat edilib. Eyni zamanda gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol