Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb

Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olub.
"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.
Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























