• $
  • €
  • ₽
  • ₺
  • £

AXC-nin elan edildiyi bina bərpa edilir

AXC-nin elan edildiyi bina bərpa edilir
21.09.2021 16:59
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi binada bərpa-restavrasiya işləri intensiv şəkildə aparılır.

Hazırkı Milli Gənclər Sarayının binasının bərpası layihəsini Tbilisi İnkişaf Fondu "Yeni Tiflis” proqramı çərçivəsində həyata keçirir.

Qurumdan bildirilib ki, hazırkı mərhələdə tarixi binanın dam örtüyü bərpa olunur, fasadın rənglənməsi, daxili kommunikasiyalar, su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri aparılır. Həmçinin tikilinin interyerində dekorativ naxışlar və taxta qapı-pəncərələr də restavrasiya edilir.
 
Layihənin dəyəri 33,7 milyon lari (10,8 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.
Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28- də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. Restavrasiya işləri çərçivəsində lövhənin də yenilənməsi nəzərdə tutulub.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol