• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycandakı tarixi dəyişikliklərin şahidi oldum” - Alessandro Frakassetti

“Azərbaycandakı  tarixi dəyişikliklərin şahidi oldum” - Alessandro Frakassetti
23.09.2021 17:00
Fəaliyyətim dövründə Azərbaycanda baş vermiş tarixi dəyişikliklərin şahidi oldum
 
Bu sözləri 23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə keçirilən vida görüşündə Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMPTİ) rezident nümayəndəsi Alessandro Frakassetti deyib.

Qonaqları salamlayan Bahar Muradova səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, zəfər günlərini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək böyük Qələbə qazandı. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri xalqımız ilə birlikdə tarixi bir an yaşadı:
 
"Bu tarixin yazılmasına Siz də şahidlik etdiniz, çətin günlərdə Azərbaycan xalqının yanında oldunuz və öz öhdəliklərinizdən irəli gələn vəzifələri yerinə yetirməyə maksimum səy göstərdiniz. Artıq Azərbaycan dinc quruculuq, sülh və təhlükəsizlik quruculuğu dövrünə qədəm qoymuş və yeni yüksəliş üçün imkanlar səfərbər olunmaqdadır. Siz buradakı fəaliyyətinizi başa vursanız da, əminəm ki, Azərbaycandakı dəyişiklikləri daim izləyəcəksiniz”,- deyə Bahar Muradova bildirdi.

O, BMT rəsmisinin dünən Bərdəyə və Tərtərə uğurlu səfərinə diqqət çəkərək bildirib ki, bölgələrə səfər edərək, görülən işlərlə yaxından və şəxsən tanış olmaq xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr, xüsusilə vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə görülən tədbirlər çox vacibdir. Layihələrin davamlı olması üçün biz də öz üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.

Çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti ünvanına səslənən xoş sözlərdən şərəf duyduğunu bildirərək, Komitə ilə əməkdaşlıq çərçivəsində görülən hər bir işə bağlılığını ifadə edib. O, bu illər ərzində qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə mümkün qədər daha çox qadının cəlb olunması üçün bütün səylərini gücləndirdiyini vurğulayıb. Qadınların vəziyyətinin pandemiya və münaqişənin alovlandığı böhran dövrlərində özünü daha qabarıq büruzə verdiyini qeyd edən BMT rəsmisi bildirib ki, bütün çətinliklərə baxmayaraq, qadınların üzləşdiyi problemlərin qarşısının alınmasına birlikdə müvəffəq olduq.

BMT rəsmisi Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən vacib layihələr haqqında məlumatları təqdim edib. O, qadınların iqtisadi fəaliyyətinə dəstəyin göstərilməsi, onların iqtisadi və maliyyə bacarıqlarının artırılması, eləcə də gələcəkdə öz bizneslərini qurmalarına dəstək məqsədilə bölgələrdə fəaliyyətə başlayan 9 Qadın Resurs Mərkəzinin 8-nin qeyri-hökumət təşkilatı statusu aldığını, o cümlədən 3 İcma Resurs Mərkəzinin səmərəli fəaliyyətini qeyd edərək, bu cür işlərin davamlı olmasının vacibliyini vurğulayıb. A. Frakassetti həyata keçirilən çoxsaylı layihələrin gələcək üçün geniş imkanlar açdığını və görülən hər bir işin böyük motivasiyaya çevrildiyini bildirib.

O, çıxışının sonunda Dövlət Komitəsinin rəhbərinə və kollektivinə fəaliyyətə başladığı gündən hazırki dövrə qədər uğurlu tərəfdaşlığın verdiyi səmərəli nəticələrə görə təşəkkürünü bildirib.

Daha sonra Bahar Muradova qeyd edib ki, qadınları əhatə edən bütün layihələrin coğrafiyasının bundan sonra da genişləndirilməsi və işlərin tempinin sürətləndirilməsi qarşıda duran əsas məsələlərdəndir. O, bir daha BMT rəsmisinə Azərbaycanda göstərdiyi mühüm xidmətlərinə, eləcə də  həyata keçirilən layihələrin icrasında həm iqtisadi, həm də mənəvi dəstəyinə görə təşəkkürünü bildirib və yeni təyinatında uğurlar arzu edib.

Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, mətbuat katibi Teymur Mərdanoğlu və BMPTİ-nin Proqram şöbəsinin müşaviri Leyla Fəthi iştirak edib.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol