Əcnəbi turistlər Ağdamda olublar

Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdam rayonunda olub.
Qonaqlara İmarət kompleksi haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalmış tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır.
Pavilyona baş çəkmiş qonaqlara şəhərin ətraflı restavrasiya planı haqqında məlumat verilib.
Əvvəllər Bakıda yaşamış və Bakı-Tiflis-Ceyran layihəsində hüquqşünas kimi fəaliyyət göstərmiş isveçrəli Kerren Siniggerin sözlərinə görə, Azərbaycan tarixinin belə bir mühüm dövründə Ağdamda olmaq onun üçün xüsusi əhəmiyyət kəsb edir.
"Azərbaycanın bu (işğaldan azad edilmiş) torpaqlarına ilk dəfədir ki, ayaq basıram. Burada olmaq mənim üçün imtiyaz kimidir”, - deyə o bildirib.
Səyahətçilər həmçinin Ağdam Cümə məscidi və dağıdılmış Çörək muzeyi ilə tanış olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























