General Orucov yeni vəzifəyə təyin edilib

General-mayor Bəkir Orucov Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı Müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.
General-mayor Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilib.
Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.
Məlumat Müdafiə Nazirliyindən təsdiqlənib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























