“Əmlak sahibi ilə alqı-satqı müqaviləsini mən imzalamışdım”-Eldar Həsənovun müşaviri danışdı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycanın Serbiyadakı səfirliyində müşavir işləmiş Qabil Köçərli ifadə verib.
"Səfirlik üçün alınan binanın alqı-satqısında iştirak etmişəm. Binanın alınması ilə bağlı Serbiya Xarici İşlər Nazirliyi bizə "Ambasador” alqı-satqı şirkətini təklif etdi. Binanı da həmin şirkət tapdı və komissiya seçib bizə təqdim etdi. Əmlak sahibi ilə alqı-satqı müqaviləsini mən imzalamışdım. Həmin vaxt Eldar Həsənov Buxarestdə idi, mənə etibarnamə vermişdi”.
Q.Köçərli deyib ki, binanın pulunun verilməsində iştirak etməyib, ancaq qeydiyyat prosesində olub.
Daha sonra şahid prokuror və vəkillərin suallarını cavablandırıb.
Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib.
Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























