İlham Əliyevin İranla bağlı verdiyi suala Rəsmi Tehrandan REAKSİYA

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin "Anadolu” agentliyinə müsahibəsinə reaksiya verib.
Səid Xətibzadə "Mehr” agentliyinə müsahibəsində İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimlərlə bağlı danışıb. O bildirib ki, Azərbaycan Prezidentinin İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimlərə verdiyi qiymət "məyusedici"dir:
"İran hər zaman hər hansı bir ərazinin işğalına qarşı olub və ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib. Bu, təhlükəsizlik məsələsidir və təlimlər bütün regionun sabitliyi üçün keçirilir”,- deyə o bildirib.
Xətibzadə çıxışı zamanı İsraillə bağlı da sərt ifadələr işlədib: "İran, əlbəttə ki, öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























