Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında görüş keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib.
Görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Qonaqlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə artilleriyaçılarımızın fəaliyyətindən bəhs edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























