• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə sabah Qazaxıstana gedir

Allahşükür Paşazadə sabah Qazaxıstana gedir
04.10.2021 12:38
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 6-da paytaxt Nur-Sultan şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak etməkdir.

Qazaxıstanın ümummilli lideri Elbası Nursultan Nazarbayevin xeyir-duası ilə keçirilən Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olan Şeyxülislam A. Paşazadənin 5-7 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşləri, Lev Qumilyov adına Qazaxıstan Avrasiya Universitetində mühazirəsi və aparıcı yerli media qurumlarına müsahibəsi nəzərdə tutulub.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Nur-Sultana səfər müddətində Qazaxıstanda yaşayan azərbaycanlı soydaşlarımızla görüş, Vətən müharibəsinin birinci ildönümünü ilə əlaqədar Vətən şəhidlərinin anım mərasimləri təşkil ediləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol