• $
  • €
  • ₽
  • ₺
  • £

Quba sakinlərinə Rusiya pasportu paylanır - ŞOK

Quba sakinlərinə Rusiya pasportu paylanır - ŞOK
15.05.2014 21:19
Quba rayonundakı Qırmızı qəsəbədə  bəzi sakinlərə Rusiya pasport paylanır.    
Məlumata görə, qəsəbənin bütün sakinləri haqda bu sözləri demək mümkün olmasa da, müəyyən şəxslərin təxribata uymaq ehtimalı böyükdür.     
Məsələ ilə əlaqədar Quba rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Tariyel İbrahimov bildirdi ki, bu barədə icra hakimiyyətinə heç bir məlumat daxil olmayıb. Qırmızı qəsəbədə əsasən yəhudi millətinə aid insanlar yaşayır.     
Qeyd edək ki, bir qədər öncə Qusar rayonunda da rus pasportları, “Georgiyev lenti”nin paylanması barədə məlumatlar da yayılmışdı. 51 saylı Qusar Seçki Dairəsindən olan millət vəkili Azər Badamov isə bu məlumatı təxribat adlandıraraq, şimal bölgəsində tam sakitlik olduğunu bildirmişdi. 
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir: “Azərbaycan Konstitusiyası və qanunvericiliyində vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları qeyd edilib”.      
O, bildirib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur. /Teleqraf.com/ 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol