• $
  • €
  • ₽
  • ₺
  • £

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilir

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilir
04.10.2021 16:35
Oktyabr 4-5-də virtual formatda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclası keçirilir.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Hərəkata üzv dövlətlərin gənclər təşkilatlarını təmsil edən 100-dən çox gənc iştirak edir. İclasın açılışında xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Çıxışında nazir, Qoşulmama Hərəkatının 60 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar ildə Azərbaycanın Hərəkata sədrliyinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsis edilməsinin tarixi bir hadisə olduğunu və QH üzv dövlətləri tərəfindən Şəbəkənin fəaliyyətindən böyük gözləntilərin olduğunu qeyd edib.
Şəbəkənin təsis edilməsinin hələ Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alındığını bildirən nazir, Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklərini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Hərəkata üzv dövlətlərin nümunəvi həmrəylik nümayiş etdirdiyini bildirən xarici işlər naziri, Gənclər Şəbəkəsinin fəaliyyətinin bu həmrəyliyə əlavə töhfə verəcəyini vurğulayıb.

Çıxışının sonunda 11-12 oktyabr 2021-ci il tarixlərində Belqrad şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yüksək səviyyəli yubiley tədbirindən bəhs edən Ceyhun Bayramov, həmin tədbirdə iştirak edəcək Hərəkata üzv dövlətlərin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim olunması üçün Gənclər Şəbəkəsinin üzvlərini Hərəkatın gələcəyinə dair tövsiyələr hazırlamağa dəvət edib.
Gənclər Şəbəkəsinin təsis iclası 2 gün davam edəcək və iclas müddətində iştirakçı gənclər Şəbəkənin gələcək idarəçiliyi və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apararaq müvafiq qərarlar qəbul edəcəklər.

Bu il 60-cı ildönümü qeyd edən Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol