Vilayət Eyvazov DİN-in şöbə rəisini işdən azad etdi - FOTO

Daxili işlər orqanlarında kadr islahatı olub.
Bununla bağlı nazir, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Onun yerinə hələ ki, təyinat yoxdur.
Polkovnik Adıgözəl Adıgözəlov ölkədə uşaqların sosial və hüquqi müdafiəsinin təşkili, bəzi qanunvericilik aktlarının yenilənməsinin, eləcə də yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili ilə bağlı bir sıra layihələrin ideya müəllifi və təşkilatçısı olub.
O, xidməti illərində dünya ölkələrinin uşaq müdafiəsi sahəsində tətbiq etdiyi beynəlxalq normaların və praktikanın Azərbaycana gətirilməsində, ölkədə uşaqların təhlükəsizliyini və müdafiəsini təşkil edən ən önəmli sistemlərin tətbiqində mühüm rol oynayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























