Polkovnik İranın Naxçıvana uçuşlara qadağa qoymasından DANIŞDI

İranın son dövrlərdəki hərəkətləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə münasibətini göstərir.
Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, rəsmi Tehranın Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyması heç bir effekt verməyəcək və İran istəyinə nail olmayacaq: "Qələbəmizə dostlar sevinir, düşmənlər isə kədərlənir. İranın son hərəkəti də bunun təzahürüdür. Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətləri isə kifayət qədərdir. Bu mənada Naxçıvandakı qüvvələrin hərbi tədürükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək”,- deyə ekspert bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























