• $
  • €
  • ₽
  • ₺
  • £

Bağdad Amreyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Bağdad Amreyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama
06.10.2021 21:08
"Mən konfransda öz çıxışımda Zəngəzur dəhlizi haqqında danışdım. Azərbaycanın tarixi Zəfərindən sonra nəqliyyat dəhlizləri, tranzit daşımaların yaxşılaşdırılması istiqamətində çox gözəl imkanlar yaranıb. Hətta deyərdim ki, siyasi iradə olduqda çox böyük dəyişikliklər ola bilər”.

"Qafqazinfo” xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev Azərbaycanın media nümayəndələrinə açıqlamasında bildirib.
O qeyd edib ki, bu cür siyasi iradəni isə Prezident İlham Əliyev nümayiş etdirdi:

"Azərbaycan Prezidenti bu tarixi məqamı maksimal şəkildə dəyərləndirməyi təklif edib. Ermənistanın da bu mövzuda konstruktiv mövqedən çıxış edəcəyinə ümid edirəm. Bilirəm ki, Türkiyə, Rusiya və İran da bu məsələyə müsbət yanaşır.

Bu dəhliz, əlbəttə ki, bizim üçün bütün türk ölkələrinin birləşməsi, bölgə üçün isə yeni imkanlar deməkdir. Bu, eyni zamanda, uzun müddət nəqliyyat layihələrindən kənar qalan Ermənistan üçün də yeni imkanlar yaradır”.

Türkiyənin təşkilatçılığı ilə keçirilən XII Nəqliyyat və Rabitə Şurasının toplantısında bu sahə üzrə fəaliyyət göstərən nazirlərin, irimiqyaslı nəqliyyat şirkətlərinin rəhbərlərinin, dövlət nümayəndələrinin, diplomatların, bir sözlə dünyanın bütün aidiyyəti qurumlarının iştirak etdiyini bildirən B.Amreyev deyib:
"Burada yeni logistik imkanlar və onların perspektivləri, bu sahə üzrə yeniliklər müzakirə olunur. Bu gün dünyada daşınacaq yükün həcmi sürətlə artır. Hazırda 2 və 2,5 dəfə artım müşahidə edilir. Bu böyük rəqəmdir və lojistika bunu qarşılaya bilmir.
Əlbəttə ki, bu məsələnin həlli üçün yeni yollar, marşrutlar, həll üsulları tapmaq lazımdır. Belə həll yolları isə xüsusilə türk regionunda, Türk Şurasına üzv ölkələrdə var. Biz də onların dəyərləndirilməsi, ölkələrimiz arasında bu sahə üzrə mövcud qanunvericiliyin uyğunlaşdırılması istiqamətində aktiv şəkildə işləyirik.

Xüsusilə, şərq-qərb istiqamətindəki yeni dəhlizlər dəyərləndirilir. Buna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxildir. Yükdaşıma rüsumlarının azaldılması da əsas müzakirə mövzularından biridir.
Orta dəhlizin bizim və bütün dünyanın maraqları daxilində işləməsi, eləcə də aktivləşməsi istiqamətində işlər görürük. Dövlət səviyyəsində də bununla bağlı çox sayda görüşlər keçirilir.
Oktyabrın 14-də nəqliyyat nazirlərinin Budapeştdə görüşləri nəzərdə tutulur. Orada da həllini gözləyən bəzi məsələlər müzakirə olunacaq.
Hazırda elə dövrdə yaşayırıq ki, nəqliyyat yalnız gəlir mənbəyi olmamalı, ticarətin, iqtisadi inkişafın stimullaşmasında da rol oynamalıdır. Bizim üçün isə xüsusilə, ölkələrimiz arasında iqtisadi yaxınlaşmaya səbəb olmalıdır. Bu bizim əsas məqsədimizdir və düşünürəm ki, bir çoxları bu yanaşmada bizimlə həmfikirdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol