İran öz siyasətinin girovudur

Son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsindəki səbəblərin təhlili əsas mövzuya çevrilib. Qeyd edək ki, vəziyyətin pisləşməsi, demək olar ki, İranda prezident seçkilərindən sonra hakimiyyətin dəyişməsi və keçmiş baş prokuror İbrahim Rəisinin dövlət başçısı vəzifəsinə seçilməsi ilə eyni vaxta təsadüf edib. Konservativ dairələrin mövqeləri yenidən möhkəmlənib, bu da xarici siyasətə təsirini göstərib. Bu zaman Azərbaycana qarşı hücumlara yön verən ölkə lideri Xamneyinin xətti açıq-aşkar üzə çıxır.
İndi İran təkcə suyu deyil, bu stansiyalardan əldə edilən elektrik enerjisini də bölməlidir – iki ölkə sərhədində bu stansiyalar məhz bu şərtlərlə tikilmişdi.
Bundan başqa, Türkiyə öz hərbi potensialı ilə regiona gəlib. Bütün bunlar türk amilini çox təhlükəli amilə çevirib və Tehran Cənubi Azərbaycanda separatizmin fəallaşacağını gözləyir.
Tehranın kəskin addımları Moskvada anlayış və dəstəklə qarşılanmayıb.
Orada açıq şəkildə bildiriblər ki, Rusiyanı "sionistlərin” regionda iştirakı deyil, əksinə, İranın kəskin addımları qorxudur. Bundan başqa, Tehranın düşünülməmiş hərəkətləri sülh və kommunikasiyaların açılması prosesini poza bilər.
İranın bu məsələlərdə Türkiyəni regiondan sıxışdırıb çıxarmağa və Rusiyaya öz gündəliyini diktə etməyə yönəlmiş xəttini tətbiq etmək cəhdi Ankara və Moskvanı açıq-aşkar qəzəbləndirir.
Amma Ermənistan yolların, o cümlədən Zəngəzurdan keçən dəmir və avtomobil yollarının açılmasında maraqlıdır. Bakıdan Naxçıvana Ermənistan ərazisindən keçən uçuşlar göstərib ki, İrandan fərqli olaraq, Ermənistan vəziyyətin gələcək inkişafını nəzərə almağı bacarır.
İndiyədək İran Azərbaycanın sanksiyaların yumşaldılması və ya onların aradan qaldırılması üçün ona siyasi və beynəlxalq dəstək göstərəcəyindən əmin idi, amma indi bu, çətin ki baş versin. Tehran regionda məsələlərin onsuz həll ediləcəyi fikri ilə barışmalı olacaq. (Turan IA)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























