• $
  • €
  • ₽
  • ₺
  • £

NATO ilə tərəfdaşlıq məsələləri müzakirə edilib

NATO ilə tərəfdaşlıq məsələləri müzakirə edilib
12.10.2021 17:15
Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Baş Qərargah rəisi qonağı salamladıqdan sonra  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda döyüş hazırlığının yüksək olduğunu və şəxsi heyətin ruh yüksəkliyinin daha da artdığını qeyd edib.

General-leytenant K.Vəliyev Azərbaycan Ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Kontr-admiral B.Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol