Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başa çatıb - Yenilənib

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında keçirilən görüş başa çatıb.
*****
Azərbaycan və Ermənistan dini liderlərinin nüfuzu insanların təfəkkürünə müsbət təsir göstərəcək, təkcə bugünkü görüş və dialoq faktı hamı üçün nümunəvi olacaq.
Bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünü açarkən bildirib.
O, bu görüş zamanı qədim Qafqaz torpağında dayanıqlı və uzunömürlü sülhün əldə olunmasına kömək edəcək anlaşmanın əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
*****
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.
Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.
Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























