• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın bərpası istiqamətində Rumıniya üçün yeni imkanlar yaradır

Qarabağın bərpası istiqamətində Rumıniya üçün yeni imkanlar yaradır
13.10.2021 16:34
Rumıniya Azərbaycan ilə ikitərəfli əməkdaşlığı təşviq etməkdə davam edir, həmçinin energetika, nəqliyyat, iqtisadi fəaliyyətin şaxələndirilməsi, inzibati-ərazi vahidləri səviyyəsində mübadilələr, təhlil və mədəniyyət kimi sahələr üzrə məsələlərin həlli vasitəsilə onun gələcək inkişafında maraqlıdır.

Bunu ölkələr arasında əməkdaşlığın prioritet məsələləri, həmçinin planlaşdırılan birgə layihələr haqqında sualı şərh edərkən Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, energetika və ya ticarət kimi sahələrdə münasibətlərin inkişafı perspektivləri ilə yanaşı, Azərbaycanın azad edilmiş ərazilərin bərpası üzrə bu il başlamış olduğu səylər də əməkdaşlıq, o cümlədən Rumıniyanın biznes dairələri üçün yeni imkanlar yaradır.
Bu məsələ ilə bağlı ətraflı müzakirələr mövcud ikitərəfli formatlarda, o cümlədən birgə parlamentlərarası komissiyada aparıla bilər.

Nazirlik xüsusilə də Azərbaycan hökumətinin bu məsələ ilə bağlı hazırlamış olduğu qiymətləndirmələr, ideyalar və planlar haqqında əlavə məlumat əldə etməyi səbirsizliklə gözlədiyini bəyan edib.

Rumıniya XİN energetika sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb: "Energetika sahəsində Avropanın təmin etmək istədiyi enerji təhlükəsizliyi səviyyəsinə çatmaq istəyirik. Bununla əlaqədar olaraq, çox vacib mərhələlərdən biri icra edilməkdədir. 2020-ci ilin sonlarında istifadəyə verilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropaya çatdırılır”. 

Rumıniya XİN eyni zamanda ölkələrin nəqliyyat və rabitə sahəsində də ortaq maraqlara malik olduqlarını qeyd edib.

"Azərbaycan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşir və çox fəal şəkildə ideyalar, həmçinin bu ideyaların həyata keçirilməsinə yönəlmiş layihələr irəli sürür.
 
Rumıniya və Azərbaycan müəyyən müddətdir ki, Gürcüstan və Türkmənistan ilə birlikdə Xəzər dənizi – Qara dəniz qaz dəhlizi üzərində çalışırlar. Bu dəhliz əsasən Qara dəniz üzərindən uzanan Şərq-Qərb dəhlizinin davamıdır”, - Rumıniya XİN-dən əlavə ediblər.

Rumıniya həmçinin Avropa və Asiya arasında yük və sərnişin daşımasına yönəlmiş digər təşəbbüslərə qoşulmaqda maraqlıdır, belə ki, Rumıniya hər zaman Azərbaycanın Avropa ölkələri və Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini təşviq edib və dəstəkləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol