Kayrat Osmanəliyev: "Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib

"Bu gün Azərbaycan beynəlxalq aləmdə uzun illərdir öz torpaqlarını dinc yolla qaytarmağa çalışan sülhpərvər və təmkinli dövlət imicinə malikdir".
Bunu Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev deyib.
Onun sözlərinə görə, təmkinli mövqe tutan Azərbaycandan fərqli olaraq Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib:
"Beynəlxalq birlik hələ ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının dərhal azad olunmasına dair qəbul edilmiş 4 qətnamə ilə mövqeyini ortaya qoyub. Əfsuslar olsun ki, beynəlxalq birliyin vəziyyətə təsir göstərmək üçün göstərdiyi bu və başqa səylər Ermənistan tərəfindən qulağardına vurulub”, - deyə o əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























