• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev Vedat Bilginlə görüşdü

Sahil Babayev Vedat Bilginlə görüşdü
18.10.2021 19:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Anews.az xəbər verir ki, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Türkiyənin qardaşlığa, xalqların sarsılmaz birliyinə söykənən əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, ikitərəfli əlaqələrin sabit və uzunmüddətli inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə və ardıcıl səylərinin xüsusi rolunu vurğulayıb.

Nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərlə başa çatdırdığı, torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana daim siyasi və mənəvi dəstək göstərdi. Qardaşlıq nümunəsi olan bu dəstəyi xalqımız yüksək qiymətləndirir.
İki ölkə arasında əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahəsində də getdikcə genişləndiyini deyən S.Babayev bu məqsədlə ötən dövrdə 5 əməkdaşlıq sənədi imzalandığını, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair daha 2 əməkdaşlıq sənədi layihəsinin müzakirədə olduğunu bildirib.

O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətini qeyd edib. Ekspertlər səviyyəsində təcrübə və bilik mübadilələrinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə fəal əməkdaşlıq təcrübəsini vurğulayıb.

Nümayəndə heyətinə  ölkəmizdə son illərdə aparılan sosial islahatlar barədə məlumat verilib. Sosial ödənişlərin ciddi şəkildə artırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Postmüharibə dövründə həyata keçirilən, şəhid ailələri və qazilərlə bağlı artıq 31 mindən çox insanı əhatə edən sosial dəstək tədbirləri qeyd edilib.  Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərdən bəhs olunub. 

Dövlət sosial xidmətlərinin innovativ yeniliklər, müasir texnologiyalar üzərində, proaktiv qaydada qurularaq  təkmilləşdirilməsi sahəsində əldə olunan nailiyyətlər qeyd edilib. Nazirlik üzrə 105 xidmətin tam elektronlaşdırıldığı bildirilib.  DOST konsepsiyası, sosial sahədə 155 xidmətin vahid pəncərədən təqdim edildiyi DOST Mərkəzləri  barədə məlumat verilib.

Aparılan sosial islahatlar prosesində qardaş Türkiyənin aidiyyəti qurumları ilə fəal əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyi vurğulanıb.

V.Bilgin Türkiyə üçün dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edib. Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin, öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin Türkiyə xalqında da sonsuz sevinc və iftixar yaratdığını bildirib.  Türkiyədə aparılan sosial islahatları, əldə olunan sosial uğurları diqqətə çatdıran V.Bilgin rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə, həmçinin şəhid ailələri və qazilərin sosial müdafiəsi,  dəstəklə əhatə olunması, DOST konsepsiyası, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya, sosial sahədə innovativ yeniliklərin tətbiqi sahələrində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.

Sonra S.Babayev və V.Bilgin görüşün nəticələrinə dair brifinq keçiriblər.








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol