• $
  • €
  • ₽
  • ₺
  • £

10 yaşlı Nərminin qətlində müəmma: onun qan qrupu ilə tapılan meyitin qan qrupu fərqlidir

10 yaşlı Nərminin qətlində müəmma: onun qan qrupu ilə tapılan meyitin qan qrupu fərqlidir
21.10.2021 14:52
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində mərhum Nərminin nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev dindiriliblər.

A.Quliyev ifadəsində qardaşının evi ilə onların evi arasında təxminən 700 metr məsafə olduğunu, hadisə günü Nərminin gödəkçə gətirdiyini, tez də qayıdıb getdiyini deyib: "Dedi ki, "kurtkanı” atam göndərib. Torba göndərəcəkdim, baxdım ağırdı, apara bilməz. Ona görə dedim ki, bacınla gələr aparasan. Nərmin getdikdən təxminən bir saatdan sonra böyük bacısı gəlib dedi ki, bacım evə gəlib çıxmayıb”.

Mərhumun əmisi deyib ki, hadisə günü axşam qardaşı Şərif onlara gəlib, birlikdə qonşu kəndə qohumlarının "ciyər axşamına” gediblər. Təxminən saat 20:00-da geri qayıdıblar. Bir saatdan sonrasa kəndə Nərminin yoxa çıxması xəbəri yayılıb.


A.Quliyev deyib ki, Nərmin onlara gələndə əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkçə olub.

Tərəflərin suallarını cavablandırarkən məlum olub ki, Nərmin itkin düşdükdən sonra hüquq-mühafizə orqanları kəndə əhilləşdirilmiş itlər gətirib. İtlər A.Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə girib.


Cinayət işinin materiallarındakı ifadələrdən aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində mərhumun anası Aynurə İsmayılova  o vaxtkı polis rəisi Şirzad Abdullayevin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.


Təqsirləndirilən İ.Süleymanovun qardaşı Adil Süleymanov mərhum Nərminin yaxınlarının məhkəmədə səmimi ifadə vermədiklərini deyib: "Həqiqətin üzə çıxmasını istəmirlər, çox şeyi gizlədirlər. Cinayətin günahsız bir insanın üstündə qalmasına yardım edirlər. Uşağın anası dindiriləndə deyirdi ki, Nərmin yoxa çıxmamışdan əvvəl əynində yubka, ağ kalqotka olub. Əmisi isə deyir, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub”,-Adil Süleymanov bildirib.

Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Belə ki,  N.Quliyevanın qan qrupu ilə yandırılmış vəziyyətdə tapılan meyitin qan qrupu fərqlidir: "İş materiallarında tibbi sənədlər və ekspertiza rəyi var. Uşağın şəxsiyyət vəsiqəsində, tibb tarixçəsində başqa qan qrupdu, meyitlə bağlı ekspert rəyində başqa. Nərminin qan qrupu 4, basdırılan meyitin qan qrupu isə 2 -dir”.


"İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert mütləq bunu yazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. Amma işdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü Nərminə - 10 yaşlı uşağa uyğun deyil, xeyli uzundur. Fotoşəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub", – Süleymanov belə deyir.

Qan qrupları arasındakı ziddiyyət, meyitin boyunun ölçüsü barədə dediklərini vəkil Əlibaba Rzayev də təsdiqləyib. Müdafiəçi bildirib ki, məhkəmədə sənədlərin tədqiqi mərhələsində bu məsələləri qaldırıb ziddiyyətlərə aydınlıq gətirməyə çalışacaqlar.

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Azyaşlının qətlində təqsirləndirilən İ.Süleymanov özünü təqsirli bilməyib, məhkəmənin ilk günündən etibarən bu işə aidiyyati olmadığını deyib. Onun ailə üzvləri də İ.Süleymanovun günahsız olduğunu bildiriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol