ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzaladı

ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb.
Anews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında "Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.
Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























