• $
  • €
  • ₽
  • ₺
  • £

Xameneyi: “Bəzi ərəb ölkələri İsraillə münasibətləri yaxşılaşdırır, bu günahdır”

Xameneyi: “Bəzi ərəb ölkələri İsraillə münasibətləri yaxşılaşdırır, bu günahdır”
25.10.2021 16:36
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İsraillə münasibətləri normallaşdırmaq yolunda addım atan ərəb ölkələrinin günah etdiyini bildirib.

Ayətullah Əli Xameneyi bildirib ki, bəzi ölkələr təəssüf ki, oğru və sionist rejimlə münasibətləri yaxşılaşdırmaq istəyir: "Səhvlər, çox böyük səhvlər. Bunlar günahdır”, – deyə Xameneyi əlavə edib.

O bildirib ki, 2020-ci ildə İsraillə münasibətləri yaxşılaşdırmaqla bağlı qərar verən ərəb ölkələri bu qərarlardan çəkilməlidirlər.

İranın ali dini rəhbəri əlavə edib ki, ərəb ölkələrinin bu qərarları İslam birliyinə ziddir və təhqirdir.

Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Bəhreyn və Misir 2020-ci ildə İsraillə münasibətləri yaxşılaşdırmaq yolunda addımlar atmışdı.

Bu günlərdə İran Azərbaycanı da İsraillə yaxşı münasibətlərdə ittiham edərək bildirib ki, İsrail Azərbaycanda hərbi-siyasi varlığını artırıb və İran qonşuluqda bu halın yaşanmasında dözümlü yanaşmayacaq. Azərbaycan tərəfi isə ittihamları rədd edib. Bütün bunlar Azərbaycanın İrandan Ermənistana yardım daşıyan tırları saxlamasından sonra baş verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol