Ərdoğanın Zəngilana səfəri başlayır-YENİLƏNİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri başlayıb.
Rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Daha sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























