Ərdoğan İran-Azərbaycan münasibətlərindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan və İran arasında yaşanan gərginliyi müzakirə edib.
"Azərbaycan Prezidenti dedi ki, bizim İsrailə yönəlmiş hər hansı güzəştimiz yoxdur və əlavə etdi ki, biz İsraillə hər cür mal mübadiləsi içərisində addım ata bilərik. Onu da qeyd etdi ki, fərqli ölkələrlə necə addım atırıqsa, burada da eyni şəkildə İsraillə bu cür əlaqələrimiz var və bundan sonra da belə olacaq. Bu məsələlərdə ölkələr bir-birlərinin qərar qəbuletmə mexanizmlərinə təsir göstərməməlidir. Ümid edirik ki, İran da burada sağlam düşüncə ilə hərəkət edərsə, İran və Azərbaycan arasında heç bir problem yaşanmaz", - Ərdoğan vurğulayıb.
www.anews.az
Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, Azərbaycanın dövlət başçısı bu məsələdə qətiyyətli mövqe sərgiləyir və güzəştə getmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























