Türkiyə Prezidenti: "Mənim kitabımda geri addım atmaq yoxdur"

"Mənim kitabımda geri addım atmaq yoxdur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, jurnalisitin "xarici KİV-də Ərdoğan böhrandan qaçdı, geri addım atdı” kimi manşetləri necə dəyərləndirirsiniz” sualına belə cavab verib: "Mən necə geri addəm atdım? Mən hücumdayam. Mənim kitabımda geri addım atmaq yoxdur”.
Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə görə, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























