Ərdoğan Baydenlə görüş yerini açıqladı

"Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.
""F-35” ilə əlaqədar olaraq bizim 1 milyard 400 milyon dollarlıq ödəməmiz var. Bu ödənişlə bağlı təbii ki, onun bizə geri ödəmə planının necə olacağını onlarla müzakirə etməliyik”, - deyə Ərdoğan əlavə edib.
Daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























