Səfər Mehdiyev prioritet hədəfləri açıqlayıb

Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib.
"Tədbirin fəxri qonağı Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib.
Sonra tədbirin fəxri qonağı Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən qlobal iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib.
Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri "Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq "Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30 %-nə yaxınını, idxalın isə 41 %-ni təşkil edirlər.
Çıxışından sonra S. Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























