• $
  • €
  • ₽
  • ₺
  • £

“Bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, sonra müəyyən etdik ki, onların günahı yoxdur”

“Bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, sonra müəyyən etdik ki, onların günahı yoxdur”
01.11.2021 10:46
Hərbi prokuror Xanlar Vəliyev bu gün jurnalistlərə açıqlamasında "Tərtər işi” zamanı işgəncə verilən hərbçilərin sayını açıqlayıb.

Anews.az xəbər verir ki, X.Vəliyev qeyd edib ki, təkcə işgəncə işi üzrə 102, ya da 103 nəfərə qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib:

"Demək istədiyim odur ki, yalnız təqsirləndirilən şəxslər deyil, digər insanlara qarşı da işgəncə halları olub. Onu da deməliyəm ki, biz istintaq dövründə bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Ona görə də onların barəsində cinayət işinə xitam verildi. Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna nail olub”.

Hərbi prokurorun sözlərinə görə, torpaqlarımız işğaldan azad ediləndən sonra ermənipərəst insanlar içimizdə olan erməni xislətli şəxslərdən istifadə edərək bu məsələni tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd edib.

X. Vəliyev "Tərtər işi” haqda çıxışlar edən, siyasi mühacir Qurban Məmmədov barədə də danışıb: "Qurban Məmmədov və onun kimilər bu gün də hələ ermənilərin "maşa"sıdır. Onun kimilər başa düşmür ki, onların deməyi ilə deyil.

Həmçinin oxuyun: Xanlar Vəliyev ilk dəfə "Tərtər işi”ndən danışdı

Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda hər şey qanunla həll edilir. Mən izah etdim, cinayət işi başlanılıb, təqsirli hesab edilən şəxslər məhkəmə məsuliyyətinə verilib və Azərbaycanda mövcud olan bütün məhkəmə instansiyalarında bu işlər araşdırılıb. Sonda belə qərara alınıb ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digər insanlara qarşı qanunsuz işgəncə verənlər haqqında çıxarılmış hökmlər qanunidir.

Söhbət təkcə cinayətlərin ağırlığından getmir, bu, hər bir azərbaycanlı üçün qara ləkədir.

İndi kimlərsə razılaşmaq istəmir ki, onların övladları bu ləkənin sahibidir. Onlar bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Əvvəllər də belə hallar olub, həmin şəxslərə qarşı da tədbirlər görülüb. Belə olmasaydı, Azərbaycan Ordusu təmizlənməsəydi, onda biz çox pis vəziyyətdə qalardıq. Bəlkə də bu qələbəni də qazana bilməzdik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol