Tbilisidə Vətən müharibəsinə aid tədbir keçirildi

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinin ildönümünə həsr olunmuş "Vətən Bağı Xarıbülbül” adlı tədbir keçirilib.
Anews.az-ın məlumatına görə Marneulidəki Qrinviç Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, tələbələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
"Gənclər Dostluğu Beynəlxalq Təşkilatı”nın sədri Güllü Alıyeva tədbirin məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi Gürcüstanda yaşayan soydaşlarımızın da böyük sevincinə səbəb olub. Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsindəki Qələbənin ildönümünü qeyd etməklə bu sevinci bölüşmək olub.
Qrinviç Təhsil Mərkəzinin direktoru Anna Allahverdiyeva çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətini qeyd edib, gənclərin iştirakı ilə bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycan və Türkiyənin regiondakı proseslərə təsiri, Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun faydaları barədə danışıb, gənclərin bu barədə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.
Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yüksel Kara, Yunus Əmrə Universitetinin Tbilisidəki müdiri Ali Oğuzxan Yüksel, Marneuli bələdiyyəsinin mojaritar deputatı Rövşən İskəndərov, aktiv gənclərdən Leyla Əmrahova və başqaları çıxış edib, Vətən müharibəsindəki parlaq Qələbənin regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında, möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib, gənclər Vətənə, torpağa həsr olunmuş şeir söyləyib, mahnılar oxunub, musiqilər səsləndirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























