• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev bu şəxsləri qəbul edib

İlham Əliyev bu şəxsləri qəbul edib
03.11.2021 13:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olundu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulandı.

Söhbət zamanı noyabrın 4-dən 6-dək "COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildirdilər. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri vurğulandı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol